EN

Honkonqda yüzə yaxın sakin təhlükəli infeksiyaya yoluxub

Honkonqda yüzə yaxın insan B qrupu streptokoklarının yaratdığı infeksiyaya yoluxub.

"İki sahil"in xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgəsinin Səhiyyə Departamenti nəzdindəki Sağlamlığın Qorunması Mərkəzi məlumat yayıb. Söhbət ST283 ştammına yoluxmadan gedir. Epidemioloji araşdırmanın nəticələri göstərib ki, 75 xəstə şirin su balıqları ilə təmasda olub. Son məlumata görə, ümumilikdə 91 nəfər infeksiyaya yoluxub. Xəstəxanaya yerləşdirilən 43 xəstənin vəziyyəti stabildir, daha dördünün vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Həkimlər dörd xəstənin həyatını xilas edə bilməyiblər, 40 nəfər isə xəstəxanadan buraxılıb.

Chosen
20
7
ikisahil.az

8Sources