EN

İsrail İranın nüvə obyektlərini vurmalıdır - Tramp

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İsrailin İranın nüvə obyektlərinə zərbə endirə biləcəyini açıqlayıb.

OXU24.COM  xəbər verir ki, Tramp bunu Şimali Karolina ştatında seçicilərlə görüşündə çıxışı zamanı deyib.

"Düşünürəm ki, Bayden səhv edir. Sizin vurmaq istədiyiniz hədəf bu deyilmi? Nüvə silahları ən böyük riskdir", - deyə Tramp bildirib.

O qeyd edib ki, Bayden ona verilən suala məhz belə cavab verməli idi: “Əvvəlcə nüvə obyektlərini vurun və sonra digər məsələlər üçün narahat olun".

Tramp həmçinin ABŞ-ın belə bir hadisəyə hazır olmalı olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etmədiyini bildirmişdi.

Chosen
1
11
oxu24.com

10Sources