Ukrayna UEFA İcraiyyə Komitəsindəki yerini itirib.
Publika.az xəbər verir ki, bu barədə futbol jurnalisti İqor Burbas məlumat verib.
Aprelin sonunda Ukrayna Futbol Assosiasiyası UAF-ın keçmiş rəhbəri Andrey Pavelkonun İcraiyyə Komitəsinin üzvlüyündən geri çağırılması ilə bağlı rəsmi sorğu göndərib.
Avropa Futbol İttifaqı növbəti iclasında bu müraciətə baxaraq təmin edib.