EN

"Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək"

Qüdrətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabr ayının 4-də Cəbrayıl şəhəri erməni işğalından azad olundu. Düşmən geri çəkilməyə məcbur oldu. Cəmi bir neçə gün ərzində rayonun daha doqquz kəndindən düşmənin izi silindi. Ordumuzun ilk qələbəsi Cəbrayılla başlamışdı. Düşmən Cəbrayılda çətin istehkamlar qurmuşdu. Burada ermənilərin xeyli əsgəri və texnikası yerləşdirilmişdir. Lakin yüksək döyüş hazırlığı olan Azərbaycan Ordusu bu istehkamları darmadağın edərək irəlilədi.  Əməliyyat nəticəsində igidlərimiz Ermənistan ordusunun xeyli canlı qüvvəsini və texnikasını məhv etdi. Düşmən qorxuya düşdü. Ordumuz isə ruh yüksəkliyi ilə irəliləməyə başladı.
 
Demək olar ki, ilk əməliyyat olan Cəbrayıl əməliyyatı  xüsusi əhəmiyyətə malik idi. Belə ki, burada bir həftə ərzində 20-yə yaxın kənd geri alınmışdır. Cəbrayıl isə İkinci Qarabağ müharibəsi dövründə vəhşi düşməndən azad edilən ilk şəhər idi.

Bu ilk uğur, ilk qələbə müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir. Eyni zamanda Cəbrayılın azad edilməsindən sonra Ordumuz daha böyük inamla irəliləməyə başladı. Ordumuzun və bütün xalqımızın mənəvi ruhu yüksəlmişdir. 

Cəbrayılın azad edilməsindən bir neçə gün sonra çox böyük peşəkarlığa malik olan uğurlu Hadrut əməliyyatı keçirilmişdir.  

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: \"Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi, özü də bütün təpələrdə onlar yerləşmişdi, Cəbrayılda da, həmçinin. Şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər.

Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişik. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu”.

Lakin xain, nankor ermənilər geri çəkilərkən demək olar ki, bütün ərazilərimizə onminlərlə mina basdırmışdılar. Bunun nəticəsində yüzlərlə insan minalara düşərək həyatını itirmiş, yaxud ömürlük şikəst qalmışdı. Keçmiş təmas xəttinə yaxın rayonlarımız isə nisbətən daha çox minalanmışdı. Odur ki, Ali Baş Komandanın göstərişi ilə həmin ərazilərdə minalardan təmizlənmə işlərinə dərhal başlanılmışdır. 

Cəbrayılda ilk növbədə müvafiq tapşırıqlara əsasən infrastruktur layihələrin icrası ilə bağlı işlər görülürdü.
İşğal müddətində erməni vandalları şəhər və kəndlərimizdə daşı daş üstə qoymamışdılar. Evləri, məktəbləri, mədəniyyət obyektlərini, tarixi abidələrimizi, dini və mədəni abidələrimizi və s. dağıtmışdılar. Cəbrayil demək olar ki, yerlə yeksan edilmişdir. Burada yalnız iki bina qalmışdı. Orada da ermənilərin quldur hərbçiləri yerləşdirilmişdir. 

Ümumiyyətlə ermənilər işğal etdikləri bütün ərazilərimizdə olduqca ağır cinayətlər törətmişlər. Quldurların törətdikləri ağır cinayətlərdən biri də ekoloji cinayətdir.

Bu da bir daha onu sübut edir ki, onların özləri də bu torpağa, bu ərazilərə sahib olmadıqlarını və heç vaxt sahib ola bilməyəcəklərini hiss ediblər. 
Artıq torpağın, vətənin əsil vətəndaşları, əsil sahibləri erməni işğalçılarını, erməni vandallarını  işğal etdikləri torpaqlardan qovaraq öz doğma yurd yuvalarına sahib çıxdılar. Haqq ədalər bərpa olundu. Bu ədaləti, bu haqqı Azərbaycan özü öz gücü, öz siyasəti ilə bərpa etdi. 
Buna qədər ATƏT-n Minsk qrupu, BMT kimi təşkilatlar haqqı bərpa etmək əvəzinə vaxtı uzadaraq Azərbaycanın işğalla barışmasına nail olmaq istəyirdilər. Fransa və bir sıra Qərb dövlətləri bizi  susdurmağa çalışırdılar. 

Torpağımızın 20 faizini işğal edən, Xocalı soyqırımı törədən, etnik təmizləmə aparan  Ermənistana qarşı bir dəfə də olsun sanksiya tətbiq edilməmişdir. Əksinə, belə sanksiyalar Azərbaycana qarşı yönəldilirdi. Belə ki, Amerika 1992-ci ildə Azərbaycana qarşı sanksiya tətbiq etmişdir. O vaxt ki, ermənilər torpaqlarımızı işğal edirdilər. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: \"Ölkəmizə qarşı düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökümətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət Katibidir.
Bu günkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Azərbaycan öz hüququnu bərpa etdi. Heç kimdən soruşmadan, heç kimdən qorxmadan. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik”.

Möhtəşəm Qələbədən sonra işğalçılardan təmizlənmiş ərazilərimizdə çox sürətlə genişmiqyaslı tikinti bərpa işlərinə başlanılmışdır. Onu da qeyd edək ki, işlərə müharibədən dərhal sonra - tez bir zamanda başlanmasına və sürətlə davam etdirilməsinə baxmayaraq işlər genişmiqyaslı,  planlar əsasında, eyni zamanda keyfiyyətlə görülür. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: \"Sovet vaxtında olan yol yenidən qurulmuşdur. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir. Gözəl, göz oxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir”.

Bu gün Xankəndidə, Xocalıda, Şuşada, Laçında, Füzulidə, Cəbrayılda Azərbaycanın üç rəngli bayrağı qürurla dalğalanır. Qarabağa Böyük Qayıdış Proqramı uğurla davam etdirilir. Bu, tarixi torpaqlarımızda artıq həyat qaynayır. Məcburi köçkünlərimiz 30 il həsrətini çəkdikləri doğma yurd yerlərinə köçürlər. Orada onlara rahat yaşayış üçün hər bir şərait yaradılıb. 100-ə yaxın kəndin bərpası davam etdirilir. Artıq bütün çətinliklər arxada qalıb. Biz güclüyük, biz qalibik və heç kimdən, heç nədən qorxumuz yoxdur. Yaxşı olar ki, Ermənistan bununla barışsın.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: \"Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik.

Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik”.

Şəhla Ağbulud
\"Abşeron” qəzetinin baş redaktoru
Chosen
5
4
azxeber.com

5Sources