EN

Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü

Moskva-Gəncə reysi ilə Azərbaycana gələn sərnişin təyyarədə infarkt keçirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 4-ü saat 15 radələrində qeydə alınıb. 

Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Kəhriz İmran qızı Həsənovanın halı pisləşib. O, eniş edən təyyarədən endirilsə də, Gəncə Beynəlxalq Hava Limanında vəfat edib. 

Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Chosen
2
16
korrespondent.az

10Sources