EN

Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib - YENİLƏNİB

Braziliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşüb.

“Far.Az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə “Hidrogen Bəyannaməsi”nin COP29 Sədrliyinin enerji təşəbbüslərindən biri olduğu, ölkəmizdə hazırda hidrogen strategiyasının hazırlandığı və dənizdə külək enerjisi əsasında hidrogen istehsalı və ixracını nəzərdə tutan layihələr barədə məlumatlar verilib.

COP zamanı hidrogen mövzusunda tədbirlərdə iştirak və əməkdaşlıq imkanları müzakirə edilib. COP-da uğurlu nəticə əldə etmək üçün Hidrogen Şurasının maraqlı dairələrin cəlbi istiqamətində dəstəyi təklif olunub.

12:11

Azərbaycan ilə Hidrogen Şurasının əməkdaşlıq imkanları dəyərləndirilib.

“Far.Az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

Nazir bildirib ki, Braziliyada G20 tədbirləri çərçivəsində Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşü olub.

“Hidrogen Bəyannaməsi” təşəbbüsü, hidrogen istehsalı-ixracı üzrə layihələrimizdən danışdıq və Şura ilə əməkdaşlıq imkanlarını dəyərləndirdik”, deyə P. Şahbazov qeyd edib.

Chosen
4
4
far.az

5Sources