EN

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024/2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, 2024/2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
 
Moderator.az xəbər verir ki, Prezident təqaüdünə layiq görülən gənclərdən 4-ü Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.
 
Onların siyahısını təqdim edirik: 
 
Gülməliyeva Sevil Rövşən qızı
 
Səlimova Aysel Ehtiram qızı
 
Bababəyli Semral Aprel oğlu
 
Hüseynov Nurlan Fizuli oğlu
 
Yüksək etimada layiq görülən BDU tələbələrini təbrik edir, onlara uğurlar arzulayırıq!
 
Chosen
1
4
moderator.az

5Sources