EN

Zəngilandakı yeni yaşayış komplekslərində neçə mənzil olacaq? - AÇIQLAMA (FOTO)

Bakı. Trend:

Zəngilan şəhərində inşa edilən beşinci və altıncı yaşayışkomplekslərində ümumilikdə 511 mənzilin olması nəzərdə tutulut.

Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında Cəbrayıl, Qubadlı vəZəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX)İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayevadeyib.

"Beşinci yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Yaşayış məhəlləsi 5hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədənibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilininşası nəzərdə tutulub. Kompleksin ərazisi məktəb və uşaq bağçası,Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.Altıncı yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaqbağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək.Kompleks 3 hektar ərazidə yaradılacaq. Baş plana uyğun olaraq,kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşasınəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilinolması planlaşdırılıb", - deyə o bildirib.

Zəngilan 104 mənzilli yaşayış kompleksinin tikintisindən danışanİ.Rzayeva kompleksin təməlinin 2022-ci il oktyabrın 19-da Prezidentİlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı iləqoyulduğunu xatırladıb.

"12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binalarıninşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçininmilli naxış elementlərindən istifadə edilib. Yaşayış məhəlləsişəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkınınyaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir", -deyə o əlavə edib.

Zəngilandakı
Zəngilandakı
Zəngilandakı
Chosen
35
4
az.trend.az

7Sources