Robert Levandovskinin “Barselona” ilə müqaviləsinin şərtləri bəlli olub.
İdman.biz xəbər verir ki, 36 yaşlı hücumçunun anlaşması mövsümün sonunda bitəcək.
Amma polşalı forvardın müqavilədəki şərti onun daha 1 il uzadılması ilə nəticələnə bilər. Əgər Robert oyunların yarıdan çoxunda iştirak etsə, müqavilə avtomatik artırılacaq.
Qeyd edək ki, Robert cari mövsümün 10 oyununda 9 qol vurub.
İdman.biz