EN

Suriya da BRICS-ə qoşulmaq istəyir

Suriya BRICS-ə qoşulmaq niyyətindədir və artıq bununla əlaqədar təşkilata ərizə də təqdim edib.

Bu barədə TASS agentliyinə müsahibəsində Suriyanın Rusiyadakı səfir Bəşər Cəfəri məlumat verib.

"Biz BRICS-ə qoşulmaqda maraqlıyıq, təşkilata qoşulmaq üçün yazılı müraciət göndərmişik" - deyə B.Cəfəri vurğulayıb.

Xatırladaq ki, BRICS Rusiya, Braziliya, Hindistan, Çin, CAR, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanından ibarət hökumətlərarası təşkilatdır.

Chosen
4
3
korrespondent.az

10Sources