Məşhur müğənni və aktyor Ferdi Tayfurun kürəkəni Muhammet Aydın saxlanılıb.Manset.az Sfera.az-a istinadən xəbər verir ki, polislər onun Kağıthane bölgəsindəki ofisində əməliyyat keçiriblər. Əməliyyat zamanı Muhammet Aydının qanunsuz saxladığı silahlar götürülüb.
Nəzarətə alınan Aydın barəsində məhkəmə istintaqı aparılıb və o prokurorluğun göstərişi ilə sərbəst buraxılıb.