EN

Bu aviaşirkət sərnişinlərə peycer və radio aparatlarının daşınmasını QADAĞAN ETDİ

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus “Emirates” aviaşirkəti sərnişinlərə peycer və radio aparatlarının daşınmasını qadağan edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət rəsmiləri məlumat yayıb.

Bildirilib ki, Dubaya bütün istiqamətlərdə reyslərlə səyahət edən sərnişinlərə əl yükü və ya baqajda peycer və radio aparatları daşımaq qadağan edilir.

Belə ki, aşkarlanan bu cür əşyalar Dubay polisi tərəfindən müsadirə olunacaq.

Qeyd edilib ki, bu ehtiyat tədbiri sentyabrın 17-18-də Livanda rabitə qurğularının partladılması ilə əlaqədar görülüb.

Bizim.Media

Chosen
28
1
bizim.media

2Sources