EN

“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu

Çuvaşiyalı 18 yaşlı Valentina Alekseeva "Miss Rusiya 2024" milli gözəllik müsabiqəsinin qalibi olub.

Publika.az xəbər verir ki, mükafatlandırma mərasimi "VKontakte"də müsabiqə səhifəsində yayımlanıb.

Qalibi “Miss Rusiya 2023” titulunun sahibi Marqarita Qolubeva elan edib. Alekseeva tac, 1 milyon rubl və "Miss World" və "Miss Universe" müsabiqələrində iştirak etmək imkanı əldə edib. Birinci və ikinci “ Vitse Miss” titulları Tolyattidən İrina Mironova və Sankt-Peterburqdan Ulyana Evdokimovaya verilib.

Onlar həmçinin mükafat olaraq Rusiya universitetində təhsil almaq üçün qrant alacaqlar.

1993-cü ildən hər il keçirilən "Miss Russia 2024" müsabiqəsi sentyabrın 16-da başlayıb. Müsabiqənin direktoru Anastasiya Belyakın dediyinə görə, bu il rekord sayda iştirakçı ərizə təqdim edib - təşkilatçılar ölkənin hər yerindən, ən çox isə Volqoqrad və Volqoqrad vilayətindən olan qızlardan 85 min ərizə qəbul ediblər.

Chosen
14
2
publika.az

10Sources