EN

Türkiyədə silahlı qadın bir neçə nəfəri girov götürdü - VİDEO

Türkiyə xəstəxanalarından birinin doğum şöbəsində əlində ov tüfəngi olan qadın bir neçə nəfəri girov götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə televiziyaları məlumat yayıb.

Bildirilib ki, naməlum qadın Kahramanmaraş şəhərindəki doğum evinin və uşaq xəstəxanasının təcili yardım şöbəsinə silahla daxil olaraq, xəstəxana işçilərini girov götürərək xəstələri təhdid etməyə başlayıb.

Onun heç bir tələb irəli sürmədiyi qeyd olunur.

Hadisə yerinə fövqəladə xidmətlər və Türkiyə xüsusi təyinatlıları gəliblər.

 


Bizim.Media
 

Chosen
6
7
bizim.media

8Sources