EN

Kataloniya klubu La Liqanın tarixinə düşdü

İspaniya La Liqasının 9-cu turunda "Espanyol" üçün əlamətdar hadisə baş verib. 

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, komanda öz meydanında "Malyorka"nı məğlub edərək (2:1) turnir tarixində 1000-ci qələbəsini qazanıb.

Beləliklə, "Espanyol" "Real Madrid", "Barselona", ​​"Valensiya", "Atletiko Madrid", "Sevilya" və Atletik"ə qoşularaq bu rəqəmə çatan yeddinci klub olub. Qələbə sayına görə liderlər "Barselona" və "Real Madrid"dir.

Xatırladaq ki, Kataloniya klubu 4 dəfə İspaniya kubokunu əldə edib və La Liqada eyni sayda bürünc medal qazanıb. Komandanın tarixinin çox hissəsi məhz La Liqadakı çıxışlarla bağlıdır, lakin son 15 ildə klub ciddi uğur qazana bilməyib.

Mirağa

Chosen
17
fanat.az

1Sources