EN

İsmayıl Qaani tapılmır, öldürülüb? - İddia

Şənbə günü İranın İsraildən əks-zərbə gözlədiyi vaxt yüksək rütbəli iranlı məmurlar və KİV nümayəndələri eyni sualı verdilər - SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaani haradadır?

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.

Nəşr bildirib ki, İranın rəsmi şəxsləri bu suala hələ də dəqiq cavab verməyiblər.

"İctimaiyyət generalımızın sağ-salamat olması xəbərini gözləyir", - "Tabnak" nəşri yazıb.

Qeyd edək ki, İsrailin Beyruta hücumları zamanı SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaaninin yaralandığı ilə bağlı məlumat yayılmışdı. Qüds briqadası da generalın harada olması ilə bağlı heç bir açıqlama verməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
5
3
milli.az

8Sources