17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) oktyabrın 7-8-də Bakıda təlim-məşq toplanışı olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Komandamız oktyabrın 9-dan 17-nə qədər də Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərində hazırlıq keçəcək. U-17 millimiz burada Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyununda qarşılaşacaq.
Baş məşqçi İlham Yadullayev bu oyunlar üçün milliyə 23 futbolçu dəvət edib.
- Məhdi Həsənov – Neftçi
- Rauf Əyyubov – Sabah
- Elbrus Kərimov – Marset (İspaniya)
- Həzrət Səmədov – Sabah
- Nadir Nəsibli – Marset (İspaniya)
- Fərid Cabbarlı – Zirə
- Əlibəy Mahmudov – Sabah
- Tuncay Əhmədov – Marset (İspaniya)
- Kamil Məmmədov – Neftçi
- Muhamməd Çodarov – Marset (İspaniya)
- Zeyd Nəsirulla – Herta (Almaniya)
- Murad Qurbanov – Zirə
- İbrahim Xəlilov – Sabah
- Həsən Məmmədli – Rot-Vays (Oberhauzen, Almaniya)
- Vüsal Kərimov – Neftçi
- İlkin Hacıyev – Qarabağ
- Əli Qazibəyov – Qarabağ
- Abdulaziz Cabbarlı – Qarabağ
- Əhliman Süleymanzadə – Zirə
- Tunar Rzayev – Marset (İspaniya)
- İslam Həsənov – Srvena Zvezda (Serbiya)
- Əli İbrahim – Qarabağ
- Nihat İsgəndərov – Qarabağ