EN

Kay Haverts Robin van Persinin qolçuluq rekordunu təkrarladı

İngiltərə Premyer Liqasının 7-ci turunun “Sauthempton”la ev oyunu “Arsenal”ın mərkəz hücumçusu Kay Haverts üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, alman futbolçu 3:1 hesabıyla qalib gəldikləri bu oyunda “topçular”ın qələbəsinə vurduğu qolla töhfəsini verib.

Beləliklə Haverts ardıcıl 7-ci dəfə “Arsenal”ın ev oyunları çərçivəsində qol vurmağı bacarıb. Bununla da, alman futbolçu “topçular”ın niderlandlı keçmiş hücumçusu Robin van Persinin qolçuluq rekordunu təkrarlayıb.

Xatırladaq ki, Van Persi müvafiq rekordu 2011/2012-ci illər mövsümündə müəyyənləşdirmişdi.

Kay Haverts “Arsenal”a 2023-cü ilin iyulunda 75 milyon avro müqabilində “Çelsi”dən keçib. Alman futbolçunun “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövümündə Haverts “Arsenal”ın heyətində bütün yarışlarda 10 oyuna çxııb, 6 qol vurub, 1 məhsuldar ötürmə verib.

Havertsin “topçular” üçün çıxışının ümumi mənzərəsi 61 oyun, 20 qol, 8 məhsuldar ötürmədən ibarətdir.

Alman futbolçu “topçular”la İngiltərə Super Kubokunun 2023/2024-cü illər mövsümünün qalibi olub, həmçinin həmin mövsüm İngiltərə Premyer Liqasını gümüş medalını qazanıb.

Kay Haverts 2018-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 53 oyuna 19 qol, 15 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı alman mərkəz hücumçusu Kay Havertsin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Chosen
21
2
arena.az

3Sources