\"Qarabağ\" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
AZXEBER.COM xəbər verir ki, IX turun bağlanış oyununda səfərdə \"Sumqayıt\"la qarşılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv minimalhesablı qələbəyə sevinib.
Yeganə qolu 74-cü dəqiqədə Elvin Cəfərquliyev meydan sahiblərinin qapısından keçirib.
Ağdam təmsilçisi 21 xalla turnir cədvəlinə başçılıq edir. \"Sumqayıt\" isə 7 xalla səkkizinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında \"Kəpəz\" \"Neftçi\"ni 4:3, \"Səbail\" \"Şamaxı\"nı 2:0, \"Turan Tovuz\" isə \"Zirə\"ni 1:0 hesabı ilə məğlub edib. \"Sabah\" - \"Araz-Naxçıvan\" oyunu isə heç-heçə yekunlaşıb - 1:1.