EN

İsrail ordusu İsrailin şimalındakı üç bölgəni “qapalı zona” elan edib

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinin şimalındakı Manara, İftah və Malkiya bölgələrini qapalı hərbi zona elan edib.

Ordunun mətbuat xidmətinin məlumatına görə, müvafiq qərar mövcud vəziyyətin qiymətləndirilməsindən sonra qəbul edilib.

“Bu ərazilərə giriş qadağandır”, – nəşr yazır.

Bundan əvvəl İsraildə eyni vaxtda iki terror aktının baş verdiyi bildirilirdi . Nəticədə 13 nəfər yaralanıb, bir əsgər həlak olub.

Mənbə RİA Novosti

Chosen
54
dogru.az

1Sources