EN

İsrail bu dəqiqələrdə Beyrutu VURUR

İsrail Hərbi Hava Qüvvələri Beyrutda "Hizbullah" təşkilatının hərbi obyektlərinə yeni zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, İsrail ordusu Beyrutda "Hizbullah"ın döyüş qanadının kəşfiyyat qərargahını, kəşfiyyat məlumatlarının toplanması obyektlərini, komanda mərkəzlərini və digər infrastruktur obyektlərini hədəfə alıb. Beyrutdakı təşkilatın silah anbarlarına da zərbələr endirilib. Bundan əlavə, IDF Livandakı "Hizbullah" infrastrukturuna hücum edib.

Bundan əvvəl İsrailin şimalının, o cümlədən Hayfanın Livan tərəfindən atəşə tutulduğu məlum olub.

Chosen
9
1
publika.az

10Sources