Hollandiyanın müdafiə naziri Ruben Brekelmans F-16 qırıcılarının ilk partiyasının Ukraynaya təhvil verildiyini açıqlayıb.
Herbiand.az xəbər verir ki, nazir bu barədə elan olunmamış Ukrayna səfərindən sonra X sosial şəbəkəsində yazıb.
“İlk dəfə olaraq elan edə bilərəm ki, ilk Hollandiya F-16-ları Ukraynaya çatdırılıb”.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin təcili olaraq təyyarələrə ehtiyacı var. “Xarkovda mən Rusiyanın hava hücumlarının vurduğu zərəri gördüm. Tez-tez hava hücumu siqnalları eşitdim”.
O, həmçinin bildirib ki, qalan 24 təyyarə yaxın aylarda təhvil veriləcək.
Brekelmans oktyabrın 5-də Xarkovu ziyarət etdikdən sonra deyib ki, bu şəhəri qorumağın yeganə yolu Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməkdir.