EN

m10-un "BakıKart" bölməsində problem yaranıb - Rəsmi AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"m10" elektron pulqabının "BakıKart bileti" bölməsində problem yaranıb. Bu barədə redaksiyamıza vətəndaşlar müraciət ediblər. Onlar tətbiq üzərindən bilet almaqda çətinlik yaşadıqlarını bildiriblər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva bildirib ki, sözügedən müvəqqəti çətinlik mövcuddur və həlli istiqamətində addım atılır:
"Təkmilləşdirmə işləri aparılır, çox tezliklə çətinlik aradan qaldırılacaq. Ümumən az insanda bu problem müşahidə edilib".
Məhərrəm Əliyev
Chosen
22
50
oxu.az

10Sources