EN

“Az qala COVİD-dən öləcəkdim…Onlar qəribə kostyumlar geyinmişdilər” –Əfsanəvi Al Paçino

Əfsanəvi kino aktyoru Al Paçino 2020-ci ildə az qala COVİD-dən öləcəkmiş. 

Azpost.info bildirir ki, “Xaç atası” filminin 84 yaşlı aktyoru “New York Times” və “People” jurnalına verdiyi müsahibədə bildirib.

Al Pacino deyib ki, COVID-ə yoluxarkən peyvənd mövcud deyildi: “Dedilər ki, nəbzim vurmurdü. Bu təqribən belədir: Sən burdasan, amma yoxsan. Düşündüm ki, “gör ha, sənin yadında belə heç nə qalmayıb. Qəribə hissdir”. 

Aktyor deyib ki, virusa yoluxarkən özünü həddən artıq pis hiss edib. Al Paçino deyib ki, yıxılmadan əvvəl qızdırması olub. O, qonaq otağında həkimlərin əhatəsində ayılıb: “Onlar qəribə kostyumlar geyinmişdilər. Kosmosdan gələnlərə bənzəyirdilər. Gözlərimi açıb bunu görmək bir az şok oldu. Hamı bir ağızdan dedi: “O, qayıtdı. O, buradadır”.

Paçino tibb bacısından həqiqətən ölüb-ölmədiyini soruşub: “Öldüyümü düşündüm. Ölməmişəm bəlkə də… Hamı mənim öldüyümü düşünürdü”.

Oskarlı aktyor “New York Times” qəzetinə deyib ki, o, hansısa ağ işıq və ya parlaq nəsə bir şey görməyib: “Ölümdən sonra orada heç bir şey yoxdur. Baxmayaraq ki, təcrübə bəzi ekzistensial düşüncələrə səbəb oldu. Hamletin dediyi kimi, “Ölüm ya Olum”… Heç bir səyahətçinin geri qayıtmadığı naməlum ölkə. Sən daha yoxsan. Mən həyatımda heç vaxt bu barədə düşünməmişəm”, – Paçino bildirib.

Azpost.info

Chosen
28
azpost.info

1Sources