EN

Gürcü hakimiyyəti Zurabişvilinin impiçmentinə yenidən cəhd edəcək

Hazırda Gürcüstnada hakim partiya olan Gürcü Arzusu-Demokratik Gürcüstna Partiyası ölkə prezidenti Salome Zurabişvilinin impiçmentinə yenidən cəhd etmək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Parlament çoxluğu prezidentin impiçment prosedurunu bərpa etmək və parlament seçkilərinə qədər Konstitusiya Məhkəməsinə təqdim olunacaq yeni konstitusiya təklifi hazırlamaq qərarına gəlib", deyə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

O, prosedurun başlanmasının səbəbini Zurabişvilinin hökumətlə razılaşdırmadığı xaricə səfərləri ilə izah edib ki, bu da spikerin fikrincə, Gürcüstan Konstitusiyasını pozur.

"Gürcü Arzusu" artıq eyni səbəbdən prezidentə impiçment elan etməyə çalışsa da, buna nail ola bilməyib. Eyni zamanda, sentyabr ayında Zurabişvili ikinci müddətə namizəd olmaq niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Əsas mübarizə hakim "Gürcü Arzusu" ilə Vahid Milli Hərəkat arasında gedir.

Poliqon.info

Chosen
10
1
poliqon.info

2Sources