EN

Şamo Mehdiyev faciəli şəkildə öldü – TƏFƏRRÜAT

Qubada paraşütçü ölüb.

Ulusal.az xəbər verir ki, hadisə Qırız Dəhnə kəndində qeydə alınıb. Uzun müddət həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Nəticədə Ş.Mehdiyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bildirilir ki, Ş.Mehdiyev Xırdalanda diş həkimi işləyirmiş. O, həm də həvəskar paraşütçü kimi yamac paraşütü (paraplan) ilə məşğul olurmuş.

(Report)

Chosen
6
8
moderator.az

10Sources