EN

Tacikistan prezidenti Rusiyaya səfərə gedib

Tacikistan prezidenti Emoməli Rəhmon MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfərə yollanıb.

Azpost.info xəbər verir ki, bu barədə ölkə liderinin mətbuat xidməti məlumat yayıb.

“Bu səfərdə Tacikistan prezidenti Emoməli Rəhmonu xarici işlər naziri, Tacikistan prezidentinin xarici əlaqələr üzrə köməkçisi və digər rəsmi şəxslər müşayiət edirlər”, – məlumatda deyilir.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, bu həftə Rusiyada MDB-yə üzv dövlətlərin Dövlət Başçıları Şurasının iclası olacaq. Tədbirdə Putin də iştirak edəcək.

Azpost.info

Chosen
14
azpost.info

1Sources