EN

Bakıda Pre-COP çərçivəsində rəsmi hesabat təqdim ediləcək

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Bakıda keçiriləcək Pre-COP29-da bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılmasına dair hesabat dərc etməyi planlaşdırır.

News365.az xəbər verir ki, bu barədə agentliyin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

“BƏƏ-də əldə edilmiş konsensusun enerji məqsədlərinə nail olunması istiqamətində irəliləyişləri izləmək vəzifəsinin həvalə olunduğu mühafiz kimi IRENA və tərəfdaşları gələn həftə Bakıda keçiriləcək Pre-COP29-da bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının üç dəfə artırılması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətində irəliləyişə dair rəsmi hesabat təqdim edəcəklər”, - məlumatda bildirilib.

Chosen
14
2
news365.az

3Sources