EN

Bu ilin ilk nobel MÜKAFATI GƏLDİ

 BU İLİN İLK NOBEL MÜKAFATI GƏLDİ

2024-cü il Fiziologiya və Tibb üzrə Nobel Mükafatına amerikalı alimlər Viktor Ambros və Gary Ruvkan layiq görüldülər. Onlar bu mükafatı mikroRNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna görə aldılar. 

70 yaşlı professor Viktor Ambros həm Massaçusets Texnologiya İnstitutunun (MIT), həm də Harvard Tibb Məktəbində molekulyar biologiya və genetika ilə məşğuldur.

72 yaşlı Gary Ruvkan da molekulyar biologiya və genetika sahəsində çalışır, Harvard universitetinin professorudur...

 Son 15-20 ilin Fiziologiya və Tibb üzrə Nobel Mükafatlarına layiq görülən alimlərin hansı sahədə çalışdıqlarına baxanda bu xüsusa diqqət edirəm: Onların çoxu genetika ilə məşğul olanlardır. Bu da təəccüb doğurmur, çünki 21-ci əsrdə bütün dərdlərin dava-dərmanı genetikadadır. Bu gün tibb genetika deməkdir... 


Chosen
12
1
news365.az

10Sources