Texnologiya dünyasının ən çalışqan adlarından biri olan “Xiaomi” yeni ağıllı soyuducu modelini təqdim edib.

İndex.az xəbər verir ki, “Mijia Pro Cross 508L” adlı yeni soyuducusu bir çox texnoloji funksiyaya sahib olacaq.

“Mijia Pro Cross 508L” ümumi tutumu 508 litrdir.

325 litrlik soyuducu kamerası və 183 litrlik dondurucu kamerası olan soyuducu böyük ailələr üçün nəzətdə tutulub.

Cəmi 60 sm dərinliyi ilə mətbəx şkaflarına asanlıqla uyğunlaşır və bütöv bir görünüş yaradır.

Bu soyuducuda istifadə edilən ikili soyutma sistemi və iki ayrı buxarlandırıcı var.

Beləliklə, soyuducu və dondurucu bölmələri bir-birindən asılı olmayaraq soyudula bilər.

Bu, qida qoxularının qarışmasının qarşısını alır və dəqiq temperatur nəzarətini təmin edir.

Dondurucu kamera -30°C-ə enə bilər, bu da yeməyin uzun müddət təzə qalmasına imkan verir.