EN

Flik Levandovski və Yamalın narazılığını cavabladı

“Barselona”nın baş məşqçisi Hansi Flik bəzi aparıcı oyunçuların “Osasuna” ilə oyunda öz oyun vaxtlarından narazılıqlarını cavablayıb.

Arena.az xatırladır ki, İspaniya La Liqasının 8-ci turu çərçivəsində baş tutan “Osasuna” ilə səfər oyununda “Barselona” 2:4 hesablı məğlubiyyətə üzülmüşdü.

Həmin oyunda polyak mərkəz hücumçusu Robert Levandovski və ispan vinger Lamin Yamal əvəzlənmişdilər. Levandovski meydandan 70-ci dəqiqədə alınmışdısa, Yamal yalnız ikinci hissədə meydana çıxmışdı.

Flik yerli mətbuatın bu məqama dair sualını belə cavablayıb: “Onları dəyişdirsəniz, qəzəblənmələri adi bir haldır. Hər kəs 90 dəqiqə oynamaq istəyir. Ancaq hər şey olduğu kimi idi və bu dəyişikliklər edilməli idi. Qərarları mən verirəm, onlar da bu qərarları qəbul edirlər. Lamin Yamalın əhval-rushiyyəsi çox nikbindir”, deyə Flik vurğulayıb.

Yeri gəlmişkən, “Barselona”nın digər futbolçusu Jül Kundenin də “Alaves”lə oyunda başlanğıc heyətində yer almamasının səbəbi məlum olub. Kataloniya təmsilçisinin fransalı müdafiəçisi alman baş məşqçi Hans-Diter Flikin cəza tədbiri səbəbindən səfər oyununda (3:0) start heyətdə yer almayıb. Buna fransalı futbolçunun oyunöncəsi komandanın iclasına gecikməsi səbəb olub. Nəticədə Hansi Flik onu dəyişmək qərarına gəlib.

Vurğulayaq ki, alman məşqçi Jül Kundenin diqqətli olmayacağı təqdirdə, onu “cəzalandıracağı” barədə futbolçuya artıq xəbərdarlıq etmişdi. Bu dəfə isə Flik əməli fəaliyyətə keçməyi düzgün hesab edib.

“Barselona” İspaniya La Liqasının 2024/2025-ci illər mövsümünə uğurlu start verib. Flikin komandası 9 oyuna 8 qələbə qazanıb, 1 məğlubiyyətlə üzləşib. Kataloniya nəhəngi hazırda 24 xalla vahid liderdir.

Chosen
37
arena.az

1Sources