EN

Valeri Kozin vəfat etdi – FOTO

Rus icmasının qərb bölgəsi üzrə sədri Valeri Misiroviç Kozin 78 yaşında dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, o, uzun müddət ağır xəstəlikdən sonra vəfat edib. 

V.Kozin 1946-cı il noyabrın 23-də Samux rayonunda anadan olub.

1984-cü ildə Azərbycan Kənd Təsərrüfatı Akademiyasının mexanizasiya fakültəsini, 1990-cı ildə isə Bakı Ali Partiya Məktəbini bitirib.
 

Daha sonra Leninqrad Mülki Aviasiya İnstitunda aspirantura üzrə təhsil alıb. Fəaliyyəti dövründə bir çox mükafatlara layiq görülən V.Kozin Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Tərəqqi” , "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalları ilə təltif olunub.


Mərhum Rusiya Federasiyası tərəfindən I dərəcəli “Aleksandr Nevski” ordeni, “Şərəf və ləyaqət” ordeni, “Rusiyanın fəxri vətəndaşı” adı ilə də mükafatlandırılıb. Valeri Kozin 1998-ci ildən Gəncə və Qərb bölgəsi üzrə rus icmasının sədri vəzifəsində çalışıb. Ailəli idi. 3 övladı, 6 nəvəsi var. 




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Chosen
10
3
bizim.media

4Sources