EN

Qubadlıda mərkəzi xəstəxananın tikintisi üçün tender elan edildi

Yaxın vaxtlarda Qubadlı rayonunda mərkəzi xəstəxananın tikintisinin birinci mərhələsinə başlanıla bilər. 

Valyuta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti bununla bağlı tender elan edib. 

Tender noyabrın 1-dək davam edəcək. 

Birinci mərhələdə həyata keçiriləcək tikinti işlərinin ehtimal olunan qiyməti 8 milyon manat müəyyənləşdirilib. 

Xəstəxana 91 çarpayılıq olacaq. 

1993-cü ildə Erməınistan tərəfindən işğal edilən Qubadlı rayonu 2020-ci ildə Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib.

Hüseyn

Chosen
20
valyuta.az

1Sources