EN

Qaçqın düşərgəsi vuruldu

İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə hücumu nəticəsində ən azı 10 fələstinli həyatını itirib.

 

Oxu24.com xəbər verir  ki, Fələstinin  Şəfa agentliyinin  yaydığı məlumata görə, ən az 10 fələstinlinin öldüyü bildirilib.

Hücum nəticəsində onlarla insanın yaralandığı, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 41 min 909 fələstinli ölüb, 97 min 303 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

 

Nigar

 

Chosen
35
oxu24.com

1Sources