EN

“Sabah”ın kapitanının durumu BƏLLİ OLDU

Zədə səbəbindən Azərbaycan millisinin düşərgəsini tərk edən “Sabah”ın kapitanı Elvin Camalovun durumuna aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, Camalov təkcə milli komandanın qarşıdakı oyunlarını deyil, həm də Misli Premyer Liqasının 10-cu turunun da görüşünü buraxmalı olacaq.

O, Misli Premyer Liqasının 9-cu turunun “Araz-Naxçıvan”la oyunun (1:1) 74-cü dəqiqəsində zədələnərək üç həftəlik sıradan çıxıb.

Camalovun dirsək nahiyəsində sınıq aşkar edilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
36
bizim.media

1Sources