EN

“T-Finans LTD” MMC-nin təsisçisi Minayə Şəfi qızı övladlığa uşaq götürəcək

“T-Finans LTD” MMC-nin təsisçisi Minayə Şəfi qızı övladlığa uşaq götürəcək


Hər bir övladın arxasında isti ana nəfəsi dayanır


Dünyaya göz açan hər bir uşaq ata, ana himayəsində böyüyür, boya-başa çatır. 

Uşaqlar cəmiyyətə yararlı bir vətəndaş kimi yetişmək hüququna malikdir. Lakin, çox zaman uşaqlarımızın digər qismi bu hüquqlardan yararlana bilmirlər. Təəssüflər olsun ki, valideyn himayəsindən müxtəlif formada məhrum olan uşaqlarımız da var. Bu gün onlar uşaq evlərində, uşaq sığınacaqlarında böyüməyə məcburdurlar. Dövlət Uşaq Evlərində böyüyən uşaqların gələcək inkişaflarında öz qayğısını əsirgəməsə də, belə uşaqların valideyn himayəsində yaşaması daha yaxşı olardı. Ona görə də hər hansı övladı olmayan valideynlərin uşaq götürmək arzusu olarsa, özlərini gələcəkdə valideyn olmağı tam hiss etməlidirlər. Hər kəs asanlıqla övladlığa uşaq götürə bilərmi? - Əsla yox. Bunun üçün qanunvericiliyin tələbləri yerinə yetirilməlidi. Bu proses Ailə Məcəlləsinin 118-ci maddəsi ilə tənzimlənir. 

Bəzən olur ki, ana övladı dünyaya gətirməsinə baxmayaraq, övladına qarşı analıq hissi olmur. Dünyaya övlad gətirməklə valideyn olmursan. İnsanda uşağa qarşı hiss, xoş münasibət, qayğı, səxavət gərəkdi. Bu da insanın qanından, canından süzülüb gələn bir ali hissdir. Bu gün dövlətə dəstək olaraq uşaqlar evinə, uşaq sığınacaqların maddi və mənəvi dəstək olan xeyli sayda işgüzar insanlar, xanımlar var ki, bir tikə çörəklərin belə valideyn himayəsindən məhrum olan uşaqlarla bölür, yardım edir. 

Bu baxışdan tanınmış iş adamı, xeyirxah xanım “T-Finans LTD” MMC-nin təsisçisi Həmidova Minayə Şəfi qızı yardım etdiyi uşaq evlərindəki uşaqları öz övladı kimi sevir, onlara yardım edir. Ona görə də Minayə xanım uşaqları çox sevir. Xatırladım ki, Minayə xanımın qızı İlahə xanım ailənin tək övladıdır. Ona görə də “T-Finans LTD” MMC-nin təsisçisi, İlhamə xanımın anası Həmidova Minayə Şəfi qızının bir övladı olduğuna görə, eyni zamanda İlahə xanımın övladı olmadığı üçün Ailə məcəlləsinin 118-ci maddəsinə əsaslanaraq aidiyyatı qurumlara müraciət etməklə uşaq evlərindən varis kimi uşaq götürmək arzusundadırlar. Qeyd etdiyim məsələ ilə bağlı yaxın zamanda şirkətin vəkilləri - Nail Abdullayev və Başar Yaltı tərəfindən dövlət qurumlarına müraciət olunacaqdır. 

Məsələ ilə bağlı “T-Finans LTD” MMC şirkətinin mətbuat xidmətinin rəhbəri Məmmədova Sona Əhmədqızı da ailənin övladlığa uşaq götürmək arzusunun dəqiqliyini təsdiqlədi. Xatırladım ki, sözügedən şirkət Azərbaycan şirkəti olmaqla yanaşı eyni zamanda Türkiyə Respublikasında fəaliyyət göstərən bir holdinqdir.

Almaz Ramazanqızı,

Paytaxt.org

Chosen
62
paytaxt.org

1Sources