Efiopiya parlamentinin iclasında ölkənin yeni prezidenti seçilib.
Səsvermənin nəticələrinə əsasən, xarici işlər naziri Tayi Atske Selasye ölkənin növbəti dövlət başçısı olub. O, Efiopiyanın ilk qadın prezidenti Sahle-Vork Zevdenin yerinə keçib.
Sahle-Vork Zevdenin prezidentlik müddəti oktyabrın sonunda başa çatır. Qeyd edək ki, Efiopiyada prezident vəzifəsi simvolik xarakter daşıyır.