EN

Teylor Svift dünyanın ən zəngin qadın müğənnisi oldu

Yazını böyüt
Yazını kiçilt

Amerikalı müğənni Teylor Svift “Forbes” jurnalının dünyanın ən zəngin qadın müğənniləri reytinqində birinci yeri tutub.

Hafta.az-ın Unian.net-ə istinadən yazdığına görə, Sviftin sərvəti 1,6 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğin təxminən 600 milyonu konsertlərdən və qonorarlardan, eyni məbləğdə musiqi albomu gəlirlərindən əldə olunub. 125 milyon dollar isə müğənninin daşınmaz əmlaka yatırdığı sərmayədən yığılıb. Ulduzun xalis sərvəti dünya turları, axın platformalarından əldə etdiyi rekordlar və CD satışlarından əldə etdiyi gəlirlər hesabına da yüksəlir.

34 yaşlı Teylor Svift daha bir məşhur müğənnini - 1,4 milyard dollar sərvəti olan Rihannanı geridə qoyub. “Forbes”in məlumatına görə, Teylor Svift bu ilin aprelində dünya milyarderləri siyahısına daxil edilib. O, keçən il The Eras Tour-da beş qitəni gəzdi və yalnız mahnıları və konsertləri əsasında milyarder olan ilk müğənni oldu.

Svift 2,5 milyard dollar gəlirlə dünyanın bütün musiqiçiləri arasında ikinci yerdədir. O, 14 dəfə "Qremmi" mükafatının laureatıdır ki, onlardan dördü "İlin ən yaxşı albomu" nominasiyasına layiq görülüb. Rollinq Ston və Billboarda görə, Teylor Sviftin mahnıları bütün zamanların ən yaxşı mahnıları və albomları siyahısındadır.

Chosen
10
hafta.az

1Sources