EN

Rusiya nüvə doktrinasını buna görə yenilədi - Qruşko

Rusiya nüvə doktrinasını ona görə yeniləyir ki, onun rəqiblərində Moskvanın öz təhlükəsizliyini bütün mümkün vasitələrlə təmin etməyə hazır olması barədə şübhə olmasın.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Biz strateji sabitliyə, təhlükəsizliyimizə və müdafiə qabiliyyətimizə təsir edən bütün amilləri nəzərə alırıq. Bu məqsədlə nüvənin qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını yeniləyirik ki, rəqiblərimizin bütün mümkün vasitələrlə Rusiyanın təhlükəsizliyini təmin etməyə hazır olmağımızla bağlı şübhə olmasın”, - o bildirib.

Chosen
19
axar.az

1Sources