EN

Diasporla İş üzrə Dövlət Komitəsində gələn ilin tədbirlər planı, fəaliyyət istiqamətləri müzakirə edilib

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsində 2024-cü ilin 9 ayı ərzindəgörülən işlərə həsr olunan kollegiya iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iclasDövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqindən sədrFuad Muradov 2024-cü ilin ilk 9 ayı ərzində komitənin həyatakeçirdiyi layihələr və Azərbaycan diasporunun fəaliyyətindəndanışıb. Diasporun koordinasiyalı fəaliyyəti, təşkilatlanması, anavətənlə əlaqələrinin möhkəmlənməsi sahəsində mühüm addımlaratıldığını bildirib.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident MehribanƏliyevanın diasporun fəaliyyətinə göstərdikləri diqqət və qayğının,eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasınınsoydaşlarımız arasında böyük ruh yüksəkliyi yaratdığını söyləyib,Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinindiaspor fəaliyyətinin təməl prinsiplərini təşkil etdiyinivurğulayıb.

İclasda Komitə Aparatının müvafiq şöbələrinin və AzərbaycanDiasporuna Dəstək Fondunun hesabatları dinlənilib. Həm ölkədaxilində, həm də xaricdə irimiqyaslı layihələr, konfranslar,ixtisaslaşmış forumlar və digər tədbirlər haqqında məlumatverilib.

Daha sonra kollegiya üzvləri təqdim olunan hesabatları və2024-cü ilin son 3 ayında qarşıda duran vəzifələri, 2025-ci ilintədbirlər planını, fəaliyyət istiqamətlərini müzakirə edib, yenitapşırıqlar səsləndiriblər.

Kollegiya iclası Prezident İlham Əliyevin sərəncamı ilə təltifolunan komitə əməkdaşlarına medalların təqdim edilməsi iləyekunlaşıb.

Chosen
35
az.trend.az

1Sources