EN

Bayden Florida ştatında fövqəladə vəziyyət elan edib

Bakı, TurkicWorld

ABŞ prezidenti Co Bayden "Milton" qasırğası səbəbindən Florida ştatında fövqəladə vəziyyət elan etmək barədə sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsi üzrə göstəriş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd olunub ki, "Co Bayden Florida ştatında fövqəladə vəziyyət elan edib və 2024-cü il 5 oktyabr tarixindən etibarən "Milton" qasırğasının yaratdığı fövqəladə vəziyyətlə əlaqədar yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsi üzrə göstəriş verib".

Baydenin göstərişi, ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi tərəfindən Florida hakimiyyətinə yardım göstərilməsini nəzərdə tutur.

Saffir-Simpson şkalası üzrə 5-ci kateqoriyaya qədər güclənən qasırğanın çərşənbə günü və ya cümə axşamı günü Florida sahillərinə yaxınlaşacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, "Milton" Floridanın qərb sahillərinə, o cümlədən Tampa körfəzinə hündürlüyü 3 metrdən çox olan dağıdıcı dalğalar gətirəcək.

Chosen
18
5
turkic.world

6Sources