EN

Harris İranı ABŞ-nin əsas düşməni adlandırıb

Demokratlardan prezidentliyə namizəd Kamala Harris deyib ki, onun əsas prioritetlərindən biri İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasıdır. Xanım Harris kimin ABŞ-nin əsas rəqibi olduğuna dair jurnalistin sualını cavablandırarkən deyib ki, İran aşkar variantdır.

Bununla belə, o, ABŞ-nin İranın nüvə silahı yaratdığına dair sübutlar aşkar edərsə, hərbi əməliyyatlara əl atıb-edməyəcəyi sualına cavab verməkdən yayınıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Oktyabrın 1-də İran İsrailə 180-dən çox raket atıb. İsrail ordusu mərmilərin bir hissəsinin tutulduğunu, lakin bəzilərinin açıq ərazilərə düşdüyünü bildirib. Ən azı bir ölü və iki yaralının olduğu məlumdur. İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, hücum Livan Hizbullah qruplaşmasının liderləri Həsən Nəsrullah və Fələstinli Həmas İsmail Həniyənin öldürülməsinə cavabdır.

Chosen
20
25
banker.az

10Sources