EN

Məcnun Məmmədov: Azərbaycan regionda halal sənayenin daha da inkişafı üçün böyük potensiala malikdir

Bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi və istehlakçılara keyfiyyətli ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir. 

"Operativ Media" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forum) rəsmi açılış mərasimində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət düşür. 

“Əhalinin artan qida ehtiyaclarının qarşılanması, ixrac olunan məhsulların çeşidinin, həcminin artırılması üçün aqrar və emal sənayelərində məhsuldarlığın, keyfiyyətin artırılması zəruri tələblərdən birinə çevrilib. Zəngin mədəni irsi və çoxəsrlik İslam sivilizasiya tarixinə sahib olan Azərbaycan regionda halal sənayenin daha da inkişafı üçün böyük potensiala malikdir”, - deyə M.Məmmədov bildirib.

Chosen
6
2
operativmedia.az

4Sources