EN

Nazir müavini: Təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq

Təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq.

"Operativ Media" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, nazirlik tərəfindən işsiz və işaxtaranlar üçün məşğulluq proqramı həyata keçirilir.

“Həmçinin işsiz və işaxtaran şəxslər peşə hazırlıqlarına cəlb edilir. Bu gün təhsil və əməkbazarı qarşısında duran problemlərin həllində yalnız dövlət aparıcı rol oynamamalıdır. Özəl sektor da bu fəaliyyətə qoşulmalıdır. Bizim peşə hazırlıqlarımız əmək bazarına uyğun təşkil edilir. 170-ə yaxın peşə ixtisası üzrə təlimlər keçə bilirik. Növbəti ildə bu sahədə özəl sektorla əməkdaşlığımızı genişləndirməyimizi planlaşdırırıq”, - Anar Əliyev əlavə edib

Chosen
18
6
operativmedia.az

7Sources