EN

Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır - SOCAR-ın prezidenti

Bakı. Trend:

Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır.

Trend xəbər verir ki, bubarədə SOCAR-ın prezidenti Rövşən Nəcəf Təhsilin İnkişafı Forumundaçıxışı zamanı deyib.

O qeyd edib ki, SOCAR 5 ali təhsil müəssisəsi ilə təcrübəproqramı həyata keçirir.

“Universitetlərlə məhz kadr hazırlığı üzrə əməkdaşlıq edilir.İstənilən sahədə 5-10 ildən sonra texnologiyalar tamam fərqliolacaq. Biz həmin texnologiyalara sahib olmalıyıq ki, digərölkələrlə yarışa bilək. Elmin inkişafı üçün zəruri ekosistem mövcudolmalıdır.

Əqli mülkiyyət sahəsində də elmin inkişafı üçün zəruri platformaolmalıdır. Elmin prestijinin artırılması da çox önəmli birməqamdır. Elmlə məşğul olmaq istəyən gənclərin ailəsi tərəfindənnecə qarşılanması məsələsi üzərində də işləməliyik. Onlarbilməlidir ki, elmlə məşğul olmaq, patentə sahib olmaq da gəlirgətirir. Elmə də insan kapitalı lazımdır”,- deyə R.Nəcəf əlavəedib.

Qeyd edək ki, Bakıda Təhsilin İnkişafı Forumu keçirilir.

Təhsilin İnkişafı Forumu 2024-ün əsas məqsədidövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlıinkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platforma təmin etməkvə prosesi hərtərəfli dəstəkləməkdir.

Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti,iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişafperspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalıplatforma təmin edir.

Məqalədə:
Chosen
26
4
az.trend.az

6Sources