EN

Rusiya Odessada mülki gəmini raketlə vurub

Oktyabrın 7-də rus qoşunları ballistik raketlərlə Odessa limanında infrastruktura hücum edib.

Herbiand.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, raketlərdən biri Palau bayrağı altında üzən mülki OPTIMA gəmisinə düşüb.

Hücum nəticəsində 60 yaşlı ukraynalı ölüb, daha 5 əcnəbi vətəndaş yaralanıb.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper Telegram kanalında bildirib ki, Rusiya növbəti dəfə Ukrayna taxıl dəhlizinin işini pozmağa çalışırlar.

Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini Aleksey Kuleba qeyd edib ki, bu, Odessa vilayətinin limanlarında son bir neçə gündə hücuma məruz qalan ikinci mülki gəmidir. “Bu yolla təcavüzkar Qara dənizdə gəmiçiliyi yenidən məhv etməyə və Ukraynanın ərzaq təhlükəsizliyini təmin etmək səylərinə zərbə vurmağa çalışır”.

Kulebanın sözlərinə görə, Rusiya Federasiyasının bu cür hücumlarının nəticəsi ərzaq idxalından asılı olan regionlarda qeyri-sabitliyin artması ola bilər.

Chosen
34
27
herbiand.az

10Sources