EN

Fransa 2025-ci ilin birinci rübündə Ukraynaya Mirage 2000 qırıcıları tədarük edəcək

Fransa 2025-ci ilin birinci rübündə Ukraynaya yeni “hava-yer” silahları və elektron döyüş sistemləri ilə təchiz edilmiş “Mirage 2000” qırıcıları tədarük edəcək”, – Respublika Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu bildirib.

“Mirage 2000 qırıcılarının Ukraynaya çatdırılması 2025-ci ilin birinci rübündə planlaşdırılır”, – o , X sosial şəbəkəsində yazıb.

O əlavə edib ki, Fransa ukraynalı pilot və mexaniklərin hazırlanmasını davam etdirir.

İyunun əvvəlində Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris modernləşdirilmiş Mirage 2000-5 çoxməqsədli qırıcılarını Kiyevə təhvil verəcək.

Mənbə RİA Novosti

Chosen
16
dogru.az

1Sources