EN

Qəfil fikrini dəyişən sürücü motosikleti sıxışdırıbtəhlükə yaratdı- VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Taksi fəaliyyətiylə məşğul olan 50-EY-216 dövlət nömrə nişanlı “Toyota Aqua” markalı avtomobilin sürücüsü motosikletə qəza riski yaradıb. Belə ki, o, tunelə girməmək üçün hərəkətdə olduğu zolaqdan sağa manevr edib. Bu zaman həmin zolaqdakı motosiklet sürücüsü ona siqnal verərək xəbərdarlıq edib. Lakin qayda pozan şəxs sürücüyə məhəl qoymadan həmin zolağa keçid edib və yolunda davam edib.

Qeyd edək ki, videodakı sürücü kimi, qayda pozub təhlükə yaratmamaq üçün öncədən düzgün zolağı seçmək lazımdır.

Nərmin

Chosen
28
avtosfer.az

1Sources