EN

Emin Əmrullayev: Ali təhsil müəssisələrində proqramların dəyişməsi sürətli olan proses deyil

Ali təhsil müəssisələrində proqramların dəyişməsi sürətli olan proses deyil. Cəmiyyət olaraq başa düşməliyik ki, dəyişiklik ağrılı prosessdir.

"Operativ Media" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, universitetlərdə proqram dəyişikliyi olması hansısa fənn müəlliminin işini itirməsi deməkdir.

“Hər bir sahədə dəyişiklik çətindir. Obyektiv reallıq var ki, məhdud şərtlərlə dəyişiklik etmək mümkün deyil. Biz başa düşməliyik ki, A nöqtəsindən Z nöqtəsində getmək kifayət qədər enerji sərf etmək və ağrılı qərar vermək tələb edir. Biz bu ağrılı prosessə hazırıq?

Proqramlarımızla bağlı problem odur ki, kifayət qədər fənn var, onları keçməyə ehtiyac yoxdur. Əvvəlcə problemi tanımalıyıq. Bu yalnızca universitetlərin yükü deyil. Bugünki proqramlar 20 il əvvəlkiylə müqayisədə daha mütərəqqidir”,- deyə nazir əlavə edib.

Chosen
13
2
operativmedia.az

3Sources