EN

Dünya çempionatında 10 güləşçimiz yarışacaq

Birləşmiş Güləş Dünyası (UWW) oktyabrın 28-31-də Tiranada (Albaniya) keçiriləcək qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatının iştirakçılarının sayını açıqlayıb.

Sportnet.az xəbər verir ki, yarışda 12 çəkidə medallar uğrunda 300-ə yaxın idmançı mübarizə aparacaq.

Sərbəst, yunan-Roma və qadın güləşində dörd kateqoriya üzrə qaliblər və mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Tiranada 10 idmançı ilə təmsil olunacaq. Sərbəst güləşdə Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Orxan Abasov (79 kq) və Aslan Abakarov (92 kq), yunan-Roma Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq), Ülvi Qənizadə (72 kq) və Qurban Qurbanov (82 kq), qadın güləşində isə Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) qüvvəsini sınayacaq.


Chosen
3
4
sportnet.az

7Sources